Əlaqə Telefonu :(+994) 55 490 54 10
   
 
  Xəbərlər
Ən Son Məlumatlar
Ankarada aftobus partlıyıb 20 yaralı var
Əsmer tarih 20.09.2011, 19:06 (UTC)
 
Mikroavtobusda bomba partlayıb

Türkiyənin paytaxtı Ankarada Çankaya Kaymakamlığının önündəki mikroavtobusda bomba partlayıbCNN Türk-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, patlayış nəticəsində 20 nəfər yaralanıb.
Ankara polisi şübhəli bir qadını saxlayıb.Polis ikinci bomba ehtimalına qarşı təhlükəsizlik tədbirləri görür.
Partlayış nəticəsində yaxınlıqda park edilmiş 6 avtomobil də yanıb. Yaxınlıqaki binalar da zərər görüb. Yaralılar xəstəxanaya aparılıb.
 

Əfqanıstanın sabiq prezidenti öldürüldü
Mustafa Gul tarih 20.09.2011, 18:59 (UTC)
 
Əfqanıstanın sabiq prezidenti öldürüldü

Barhanuddin Rəbbaninin evinin qarşısında partlayıcı qurğu işə salınıb

Əfqanıstanın paytaxtı Kabildə törədilmiş terror aktı nəticəsində sabiq prezident Barhanuddin Rəbbani öldürülüb. Bu barədə məlumatı əfqan polisindəki mənbə yayıb. Məlumata görə, eks-prezidentin evinin qarşısında bomba partlayıb. Ehtimala görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Hücum zamanı Rəbbani evində “Taliban”ın iki nümayəndəsi ilə danışıq aparırmış.

Xatırladaq ki, Rəbbani 1980-90-cı illərdə əfqan mücahidlərinin liderlərindən biri olub. 1992-ci ildə Nəcibulla hökumətinin devrilməsindən sonra Əfqanıstan prezidenti postunu tutmuş Rəbbani 22 dekabr 2001-ci ilə kimi bu postda qalıb. Son günlərə qədər 71 yaşlı Rəbbani Ali sülh şurasına rəhbərlik edirdi. Onun əsas missiyası Əfqanıstan hökuməti ilə taliblər arasında danışıqlar aparmaq olub.
 

Nicat Mənalı - Sən bu pulları hardan qazanırsan '2011
Əzizov Ruslan tarih 19.09.2011, 23:40 (UTC)
 Nicat Mənalı - Sən bu pulları hardan qazanırsan
 

Quran və Hədislərdə yuxu
Sariyev Nuri tarih 19.09.2011, 23:35 (UTC)
 Qədim zamanlardan bəri yuxu və onun yozumu insanların diqqət mərkəzində olmuş və onun mahiyyətini dərk etməyə can atmışlar.
Yuxunun dəqiq yozumu insanın tanınmasında mühüm rol oynayır. Bəzi peyğəmbərlərin gördükləri yuxular dünyada baş vermiş mühüm hadisələrdən əvvəlcədən xəbər vermiş və Quranı-Kərimdə öz əksini tapmışdır.

Qurani-Kərimdə haqqında söhbət açılan yuxularda məqsəd nədir?

Alimlərin bu barədə əsaslı fikir irəli sürə bilməmələrinin ən başlıca səbəbi bütün proseslərə maddi gözlə baxmaları və yuxunun təsirini nəzərə almamalıdır. Yuxu cismani ünsür olmaqdan əvvəl ruhi ünsürdür. Və mühüm mahiyyəti dərk olunmadan onun barəsində hər hansı bir ciddi fikir irəli sürmək sadəcə olaraq mümkün deyil.

Yuxu həyatı

Yuxuda biz səfərə çıxır, düşmənlə dostluq edir, dostlarımızla savaşır, əldə edə bilmədikıərimizi asanlıqla əldə edir, əksinə əldə etdiklərimizdən məhrum oluruq və s. Bəzən də gələcəkdə nələrin baş verəcəyini görürük. Qəribə deyil?

QURANDA ƏN ÇOX YUXU MÖVZUSUNA TOXUNULAN "YUSUF" SURƏSİDİR.



Nə üçün yuxu görürük?

*Beyin qan-qan deyir
Orqanizmin fəaliyyəti nəticəsində qanın çox hissəsi beyindən bədənin digər hissələrinə ötürülür. Bu səbəbdən də yuxu fiziki amil ilə əlaqələndirilir.

*Bialoji və psixoloji amillər
İnsanın fiziki fəaliyyəti dayandıqdan sonra orqanizmdə kifayət qədər enerji qaldığı bir halda kimyəvi proseslər başlanır ki, bunun da nəticəsində insan yuxu görür.

*Fiziki fəaliyyət
Fiziki fəaliyyət nəticəsində orqanizmdə zəhət toplanır ki,bu da sinir sisteminə təsir göstərir. Nəticədə müxtəlif yuxular görünür. Bu proses zəhər əriyənə qədər davam edir.

SİNİR SİSTEMİ



Beyinin içində qərar tutan fəal sinir sistemi daim hərəkətdə olur. İnsan xəstələndikdə fəaliyyətini dayandırır və bir müddət öz funksiyasını yerinə yetirmir.

İMAM ƏLİ (Ə)



"Müsəlman bir şəxs cünub halında yatmamalıdır. Yatmazdan əvvəl qüsl və ya dəstəmaz alın.Su tapmadıqda təyəmmüm edin. Çünki mömin yatdığı zaman onun ruhu Allah dərgahında ucalar və Allah-Təala onu qəbul edərək bərəkətləndirər. Əgər yuxuda ikən ömrü başa çatmazsa, Öz mələkləri ilə sahibinin bədəninə qayıdar".

MƏNA VƏ MƏFHUM
Qurani-Kərimdə yuxu mənasını verən iki kəlmədən istifadə olunmuşdur:1-nəum; 2-ruya. Ruya görmək mənasını ifadə edən (rəa) kökündən götürülmüşdür.

Quran yuxunu ruhun bədənindən qismən ayrılması kimi qiymətləndirilir

* QURAN "ZÜMƏR" 42
Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar (çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruh bədəni tərk edər). Ölümünə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar (onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də bədən ölüb gedər). Digər (ölümünə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.

Demək, Allah ruhları həm insan öldüyü, həm də yuxuda qaldığı zaman alır. Əcəlləri çatan şəxslərin ruhlarını bir daha sahiblərinə qaytarmır, çatmayanlarınkını müəyyən vaxta qədər sahiblərinə qaytarır. İnsan yuxuya qaldıqdan sonra cismi ilə ruhu arasındakı əlaqə ən zəif həddə çatır.

YUXUNUN NÖVLƏRİ


*Doğru yuxular
Bir səra əlamətlərdən istifadə edərək dəqiq yozumu olan yuxulara deyilir. Hədislərdə bu kimi yuxular ruhun mələklərlə görüşü kimi qələmə verilir. Peyğəmbərdən (s.ə.s) nəql olunan hədisdə buyrulur:" İnsanın pak və dəstəmazlı halda gördüyü yuxular doğru yuxulardır. Bundan qeyriləri doğru yuxular deyildir.

* Yalan yuxular
Toxqarnına, xəstəlik zamanı, yorğunluq, əddindən artıq yatmaq nəticəsində görülən yuxular, adətən yalançı yuxulardır. Boş və heç bir mənası olmayan yuxular da yalançı yuxular hesab olunur.

*Şeytani yuxular
Bəzən insan yuxuda onu günaha sürükləyən şəhvani yuxular görür ki, bunun bir çox əsas səbəbi gün ərzində həmin günah fikirdə olması, günah səhnələri izləməsi olur. Bu kimi yuxuları, adətən yeniyetmələr görür.

İMAM SADİQ (Ə)


İmam Sadiq (ə) şagirdlərindən birinə buyurur: "Gördüyün yuxular barədə dərindən düşünüb-daşın. Bax gör Allah-Təala bunlarla sənə nə demək istəyir, doğru və yalan yuxuların bir-biri ilə necə əlaqələndiyinə diqqət yetir. Çünki yuxuların hamısı doğru olsaydı, hamı peyğəmbər olardı. Və əgər bütün yuxular yalançı olsaydı, onların heç bir əhəmiyyəti olmaz və insanlar yuxuya lazımsız bir şey kimi nəzər salardılar. Lakin insanların hidayət olub faydalanmaları üçün yuxuların bəziləri doğru, çox əhəmiyyət verməmələri üçün də bəziləri yalançı olur".

İlahi möcüzə olaraq Həzrət Yusuf (ə) yuxuyozma bacarığına yiyələnmişdir. Bu barədə onun adını daşıyan surədə xəbər verilir.

QURANDA YUXU AYƏLƏRİ



"FƏTH" 27
Burada Həzrət Muhəmmədin (s.ə.s) əvvəlcədən Məkkəni fəth edəcəyini yuxuda görməsi işarə olunur.

"İsra" 60
Əməvilərin hakimiyyəti və İslam hakimiyyətinin gələcəyinə xəbər verilir.

"Ənfal" 43
Məkkə müşrüklərinin Bədr döyüşündə məğlub olacaqlarından xəbər verilir.

"Saffat" 102, 103
İbrahim Peyğəmbər (ə) oğlu İsmaili (ə) yuxuda qurban kəsdiyini görür.

"Yusuf" 4
Həzrət Yusuf yuxuda on bir ulduzun, ay və günəşin onun qarşısında səcdə etdiyini görür.

"Yusuf" 43 və 49
Misir hakimi yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini görür.

"Yusuf" 36 və 41
Həzrət Yusufun (ə) iki zindan yoldaşının gördükləri yuxudan və onun yuxularını yozmasından söhbət açılır.

"Qəsəs" 7
Həzrət Musanın (ə) anası oğlunu səbətə qoyaraq çaya buraxdığını görməsində söhbət açılır

 

Bakıda prorektor qətlə yetirildi
Samir Necefov tarih 19.09.2011, 23:31 (UTC)
 
Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsi "Təfəkkür" universitetinin prorektorunun qətli ilə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Milli.Az xəbər portalına daxil olan məlumatda bildirilir ki, sentyabrın 16-da saat 08:00 radələrində Yasamal rayonu, Şərifzadə küçəsi, 527/21-ci məhəllə, ev 2A, mənzil 8-də yaşamış, 1942-ci il təvəllüdlü “Təfəkkür” Universitetinin prorektoru vəzifəsində işləmiş Əhmədov Tariyel İbrahim oğlunun başının arxa təpə nahiyəsində beyin sümüklərinin qəlpəli sınığı xəsarətləri ilə müşayət olunan meyiti Yasamal rayonu, Şərifzadə küçəsi 8 saylı ünvanda yerləşən yaşayış binasının qarşısındakı idman meydançasında aşkar edilib.

Bakı şəhər prokurorluğu, Yasamal rayon prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi və Yasamal rayon Polis İdarəsinin əməkdaşlarının, məhkəmə-tibb ekspertinin iştirakları ilə hadisə yerinə və meyitə baxış keçirilib. İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri təxirəsalınmaz istintaq-əməliyyat hərəkətləri aparılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanmaqla, Bakı şəhər prokurorluğunun və şəhər BPİ-nin əməkdaşlarından ibarət birgə istintaq qrupu yaradılıb. Hazırda iş üzrə şəhər prokurorluğunda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 

"Fatmagül"ü sərxoş gördünüzmü? [Foto]
izel tarih 19.09.2011, 23:25 (UTC)
 "Fatmagül’ün suçu ne?" serialında rol alan aktrisalar Beren Saat (Fatmagül)və Esra Dermancıoğlu (Mukaddes) ötən axşam İstanbuldakı barlardan birində əyləniblər.

Gecə saat 4-ə qədər barda olan aktrisalar oradan sərxoş çıxıblar və fotoqraflar bunu nəzərdən qaçırmayıblar.Beren Saat və Esra Dermancıoğlu o qədər içiblər ki, taksiyə qədər bir-birindən tutaraq yeriyə biliblər. Beren Saat köynəyinin düymələrinin açılmasından belə xəbərsiz olub.




 

<-Geri

 1  2 Devam -> 
Reklam
 
Reklamlar
SaaT
 
Reklam
 
Əlaqə Telefonu : (+994) 55 490 54 10
Reklam
 
Əlaqə Telefonu : (+994) 55 490 54 10
Reklam
 
Əlaqə Telefonu : (+994) 55 490 54 10
 
Əlaqə Telefonu :(+994) 55 490 54 10 Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol