|
|
|
Reklam yerləşdirmək üçün hər zaman sizə köməyə hazırıq
Əlaqə Telefonu : (+994) 55 490 54 10
|
|
 |
Ən Son Məlumatlar
Az
Az tarih 19.09.2011, 21:27 (UTC) | |
Eurovision 2012-nin Turpaketin qiyməti açıqlandı
Musa tarih 19.09.2011, 18:53 (UTC) | | Gələn ilin may ayında Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsini ziyarət etmək üçün xarici turistlərə nəzərdə tutulan turpaketin ilkin qiyməti açıqlanıb.
«APA-ECONOMICS»in Azərbaycan Turizm Assosiasiyasına istinadən verdiyi məlumata görə, turpaketin minimal qiyməti 1 200 manat (1 100 avro və ya 1 600 ABŞ dolları) təşkil edəcək ki, bura aviabilet, 3-ulduzlu hoteldə qalma və müsabiqənin iki yarımfinal və final mərhələsinə biletlər daxildir.
Turistlərin bir qədər yüksək səviyyəli hotellərin seçimindən asılı olaraq, turpaketin qiyməti onlar üçün bir qədər baha başa gələcək.
Buna baxmayaraq, bu, turpaketin ilkin qiymətidir. Belə ki, mahnı müsabiqəsinə olan biletlərin qiymətləri hələ müəyyənləşdirilməyib.
Qeyd edək ki, ötən il Almaniyada keçirilən «Evrovision-2011» müsabiqəsinin final mərhələsinə biletin qiyməti 300 avro təşkil edib.
Müsabiqə çərçivəsində bir turpaketin qiyməti isə 1 100 avro olub.
Xatırladaq ki, «Eurovision-2012» müsabiqəsi gələn ilin mayın 22-26-da Bakıda keçiriləcək.. | | |
|
Röyanın adı "əməkdar artist" siyahısından çıxarılıb
NuraY tarih 19.09.2011, 18:50 (UTC) | | Bu günlərdə prezident İlham Əliyevin sərəncamı ilə bir qrup şəxsə əməkdar artist fərxi adı verilidi. Hər dəfə olduğu kimi budəfə də fərxi adların verilməsi cəmiyyətdə birmənalı qarşılanmadı. Artıq neçə gündür ki, fəxri ad alan şəxslərlə bağlı mətbuatda müxtəlif yazılar dərc olunur, etirazlar səslənir. Xüsusi ilə Səməd Səmədova xalq artisti adının verilməsinə kəskin reaksiyaları görürük.
Bu arada böyük maraqla qarşılanacaq bir xəbər əldə etmişik. Məlumata görə, “əməkdar artist” siyahısı hazırlanarkən Azərbaycan ən populyar estrada müğənnisi Röyanın da sənədləri alınıb. Hətta Röya əvvəlcə ad almaq üçün tələsmədəyini, bunun tez olduğunu bildirərək təvazökarlıq edib. Lakin onun etirazları nəzərə alınmayıb və təkildə müğənnidən sənədlərini təqdim etmək xahiş edilib. Röya da sənədlərini Mədəniyyət və Turizm Nazirliyinə təqdim edib.
Siyahı hazırlanaraq yuxarı göndərilib. Lakin adlarla bağlı sərəncam verildikdə Röyanın adı orada olmayıb. Məlumatlara görə, ölkənin bir nömrəli estrada müğənnisinin, “əməkdar artist” siyahısında yer alan həmin 20 nəfərdən daha çox istedada və auditoriyaya sahib olan Röyanın üstündən xətt çəkilməsi onun repertuarı ilə bağlıdır. Daha doğrusu Röyanın müraciət etdiyi bəstəkar, oxuduğu mahnılarla bağlıdır. Belə ki, müvafiq dairədə Röyanın məhz sabiq millət vəkili Hüseyn Abdullayevin mahnılarını oxuması faktı qabardılıb və onun ipə-sapa yatmadığı vurğulanıb. Bununla da, sənətçinin adı siyahıdan çıxarılıb.
Burada bir maraqlı məqamı qeyd etmək yerinə düşür. Maraqlıdır ki, Röyanın sonuncu ifa etdiyi Hüseyn Abdullayevin “Sənə görə” mahnısı internetdə bir milyondan artıq yükləmə edilib. Bizcə, təkcə bu fakt onu deməyə əsas verir ki, sənətçi çalışıb xalqın artisti olmağı bacarmalıdır, kağız üzərindəki “xalq artisti” yox... | | |
|
B.S.N
Qalib Quliyev tarih 17.09.2011, 20:36 (UTC) | | Artıq Bakı marşurutlarında BC kateqoryalı şoferlərə iş təklifi olunur..1500 şoferə ehtiyac var.. | | |
|
Neqiliyat Nazirliyi
Qalib Quliyev tarih 15.09.2011, 00:20 (UTC) | | Sentiyabirin 27de butun bakı marşurutları kart sisteminə kecəcək | | |
|
|
|
 |
|
|
|
|
|
Əlaqə Telefonu : (+994) 55 490 54 10 |
|
Əlaqə Telefonu : (+994) 55 490 54 10 |
|
Əlaqə Telefonu : (+994) 55 490 54 10 |
|
|
 |
|
|
|
|